AMADA Antidopinq maarifləndirmə təlimi keçirdi
    • 22-07-2023, 12:02
    • 265

AMADA Antidopinq maarifləndirmə təlimi keçirdi

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) idman jurnalistləri üçün Antidopinq maarifləndirmə təlimi keçirib.

News24.az-ın məlumatına görə, tədbir 22 iyul - Milli Mətbuat Gününə həsr olunub.

Qurumun direktoru Şəfəq Hüseynli çıxışında media nümayəndələrini təbrik edib, idmanın inkişafında onların xüsusi rolunu vurğulayıb.

Daha sonra iştirakçılar arasında viktorina formatında tədbir təşkil olunub.