Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA
    • 22-07-2023, 15:26
    • 319

Azərbaycanda düyü bahalaşacaq? - AÇIQLAMA

"Dünya bazarlarında ən çox inflyasiyaya   ərzaq məhsulları məruz qalıb. Üstünlüyü isə taxıl, buğda və düyü təşkil edir. Ukraynadakı müharibə şəraiti, Hindistanda qiymətlərin artması, ağ düyü növünə ixracatla bağlı qadağanın qoyulması bazarlarda düyü ilə bağlı məhdudiyyət yarada bilər".

Bu fikirləri News24.az-a açıqlamasında iqtisadçı Eldəniz Əmirov deyib.
O, düyünün Azərbaycanda 20-30% bahalaşacağının inandırıcı olmadığını deyib: 

“Sözügedən düyünün Azərbaycan bazarlarında çəkisi o qədər böyük deyil. Təbii ki, qiymət artımı öz təsirini göstərəcək".

İqtisadçı onu da əlavə edib ki, hazırkı qiymət artımının səbəbi Hindistanın qoyduğu qadağa ilə bağlıdır: "Bu qadağa Hindistanlı sahibkarların özlərinə də zərərdir, çünki qiymətin aşağı salınaraq yerli təlabata yönəlməsi yerli sahibkarlara mənfi təsir göstərir. Bu da Hindistanı qoyulan qadağanı götürməyə vadar edəcək".

Nərmin Murad