Prezident İlham Əliyev: "Misirlə əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir"
    • 23-07-2023, 12:02
    • 168

Prezident İlham Əliyev: "Misirlə əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir"

"Azərbaycan və Misir xalqlarını ənənəvi dostluq münasibətləri birləşdirir".

News24.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin Misir Ərəb Respublikasının milli bayramı – İnqilab Günü münasibətilə Prezident Əbdülfəttah əs-Sisiyə ünvanladığı təbrik məktubunda yer alıb.

"Bu gün bu xoş ənənələr üzərində qurulan dövlətlərarası əlaqələrimiz müvəffəqiyyətlə inkişaf etməkdədir", - təbrikdə deyilir.

Prezident İlham Əliyev xalqlarımızın mənafelərinə uyğun olaraq Azərbaycan ilə Misir arasında dostluq və əməkdaşlıq münasibətlərinin birgə səylərlə bundan sonra da genişlənəcəyinə və möhkəmlənəcəyinə əminliyini ifadə edib.