Ukrayna tərəfi Odessaya hücumun - SƏBƏBİNİ AÇIQLADI
    • 23-07-2023, 17:19
    • 215

Ukrayna tərəfi Odessaya hücumun - SƏBƏBİNİ AÇIQLADI

"Odessaya hücumun məqsədi Qara dənizə çıxış imkanımızı məhdudlaşdırmaqdır".

News24.az xəbər verir ki, bunu Ukrayna Milli Təhlükəsizlik Şurasının katibi Oleksiy Danilov bildirib.

Ukraynalı rəsminin sözlərinə görə, Qərb Odessaya hücuma effektiv cavab verməlidir.

Danilov vurğulayıb ki, Rusiya tərəfi istehsal etdiyi buğdanı satmaq üçün taxıl dəhlizinə əngəl yaradır.

Qeyd edək ki, bir qədər əvvəl Ukraynanın dövlət başçısı Volodimir Zelenski Odessaya hücuma effektiv cavab veriləcəyini söyləyib.