"Super-Yer" kəşf edildi
    • 23-07-2023, 20:31
    • 251

"Super-Yer" kəşf edildi

"Super-Yer" kəşf edilib.

News24.az xəbər verir ki, bu barədə beynəlxalq astronomlar məlumat yayıblar.

Məlumata görə, "TOI-1680 b” adlandırılan ekzoplanet Yerdən təxminən 50 faiz böyük olan və təxminən 120 işıq ili uzaqlıqda yerləşən M tipli cırtdan ulduzun ətrafında fırlanır.

“TOI-1680 b” Yerin radiusundan təxminən 1,46 dəfə genişdir və kütləsi Yerin kütləsinin təxminən 3,18 qatına bərabərdir. TESS tranzit ekzoplanetləri tapmaq  üçün Günəşə yaxın 200.000-ə yaxın ən parlaq ulduzu axtarır. 

İndiyədək 6700-ə yaxın namizəd ekzoplanet müəyyən edilib, onlardan 363-ü təsdiqlənib.

Arzu