Nəhəng dağlar kəşf edildi: Everestdən 5 dəfə hündür
    • 15-06-2023, 16:32
    • 679

Nəhəng dağlar kəşf edildi: Everestdən 5 dəfə hündür

Müxtəlif ölkələrin alimləri səylərini birləşdirərək Yerin dərinliyində tədqiqatlar aparıblar.

News24.az xəbər verir ki, alimlər, tədqiqatlar zamanı hündürlüyü Everestdən 5 dəfə yüksək olan nəhəng dağlar kəşf etməyə nail olublar.

Alimlərin hesabatında deyilir ki, Yer səthinin təxminən 150 km dərinliyində dağ sistemləri aşkar edilib. Onlar planetin müxtəlif yerlərində yerləşir və elm üçün böyük əhəmiyyət kəsb edir.

“Bu işin həyata keçirildiyi layihə on ildən artıqdır ki, dünyanın hər yerindən olan mütəxəssislər tərəfindən başlanmış beynəlxalq tədqiqat proqramıdır. Bu proqramın əsas məqsədi Yerin dərinliklərini öyrənmək və müxtəlif geoloji obyektləri tapmaqdır”, - hesabatda bildirilir.

Bu dağların kifayət qədər dərinlikdə olmasına baxmayaraq, elm adamları onların yaxın gələcəkdə daha ətraflı öyrənilməsinin mümkünlüyünü istisna etmirlər.