Dünyanın ən isti yeri Venera qədər günəş işığı alır
    • 23-07-2023, 23:00
    • 442

Dünyanın ən isti yeri Venera qədər günəş işığı alır

Qroningen Universitetinin alimləri müəyyən ediblər ki, Çilidəki Atakama səhrası dünyanın ən günəşli yeridir və Venera qədər günəş işığı alır. 

News24.az xəbər verir ki, tədqiqat Amerika Meteorologiya Cəmiyyətinin Bulletin jurnalında dərc olunub.

Tədqiqatın müəllifləri Altiplano yaylasında günəş radiasiyasının hər kvadrat metrə 2177 vatt olduğunu müəyyən ediblər. Müəlliflər qeyd ediblər ki, Günəşə Yerdən 28% yaxın olan planet Venerada olan insan eyni şüalanmanı qəbul edə bilər. Tədqiqata görə, Yer atmosferinin yuxarı qatında radiasiya hər kvadrat metrə təxminən 1360 vatt təşkil edir.

Eyni zamanda, 4000 metr yüksəklikdə olan Altiplano, ekvatora daha yaxın və ya daha yüksək hündürlükdə olanlardan daha çox günəş radiasiyası almasına baxmayaraq, adətən soyuq olur. Çilidəki And dağlarının yaxınlığındakı quraq yayla olan Atakama səhrası Yer kürəsinin ən qədim səhrasıdır və bəlkə də gecə səmasına baxmaq üçün ən yaxşı yerdir.

Alimlər izah ediblər ki, günəş radiasiyası atmosferə daxil olduqda, su buxarı tərəfindən udulur və buludlar tərəfindən səpələnir. Altiplano yaylasında bu təsirlər minimaldır. Müəlliflər qeyd ediblər ki, səhrada işləyən insanlar xüsusilə diqqətli olmalıdırlar, çünki günəş radiasiyası dəri xərçənginin inkişafına səbəb ola bilər.