İdmançımız qızıl medal qazandı
    • 24-07-2023, 09:37
    • 305

İdmançımız qızıl medal qazandı

Azərbaycan atıcısı Xanna Əliyeva Koreyanın Çanqon şəhərində keçirilən gənclər arasında dünya çempionatının qalibi olub.

News24.az-ın məlumatına görə, idmançı 50 m məsafəyə tapançadan atəş açmada bütün rəqiblərini qabaqlayıb.

Əliyeva 520 xal toplayaraq qızıl medal qazanıb.

Eyni növdə çıxış edən Leyla Əliyeva isə bürünc medal əldə edib. O, 510 xal toplaya bilib.