-
- 27-08-2019, 20:32
- 1 138
İdmançılarımız Yaponiyada dünya çempionu oldular - iki qızıl medal
Azərbaycan millisi Yaponiyada keçirilən cüdo üzrə dünya çempionatının üçüncü günündə iki medal qazanıb.
News24.az-ın məlumatına görə, 73 kq çəkidə çıxış edən 27 yaşlı Rüstəm Orucov finala kimi irəliləyə bilib. Həlledici görüşdə isə o, Ono Syoxeylə (Yaponiya) ipponla uduzub. Beləliklə, R.Orucov gümüş medalla kifayətlənib.
Eyni çəkidə çıxış edən digər idmançımız Hidayət Heydərov isə bürünc medal qazanıb. O, rəqibi Somon Mahmadbekovu (Tacikistan) əlavə vaxtda məğlub edib.
Xatırladaq ki, Orucovla Heydərov yarımfinalda bir-birlərinə rəqib olmuş və Rüstəm qalib gələrək finala yüksəlmişdi.
Qeyd edək ki, ilk iki yarış günüdə mübarizə aparan Azərbaycan cüdoçuları - Davud Məmmədsoy (60 kq), Nicat Şıxəlizadə (66 kq), Aişə Qurbanlı, Əliyeva Leyla (hər ikisi 48 kq), Gültac Məmmədəliyeva və Larisa Aleksandra Florian (hər ikisi 52kq) medal qazana bilməyiblər.