Şirvanda partlayışla bağlı rəsmi məlumat YAYDI
    • 24-07-2023, 12:55
    • 177

Şirvanda partlayışla bağlı rəsmi məlumat YAYDI

Müdafiə Sənayesi Nazirliyinin Şirvan şəhərində yerləşən zavodunda 1 nəfərin ölümü, 1 nəfərin isə xəsarət alması ilə nəticələnən sursat partlayışı üzrə Şirvan şəhər prokurorluğunda araşdırma aparılır.

News24.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətindən bildirilib.

Məlumatda bildirilib ki, hazırda hadisə yeri şəhər prokurorluğunun əməkdaşları və prokuror-kriminalist tərəfindən müayinə olunur.