İtaliya “Bir kəmər, bir yol” layihəsindən çıxır
    • 24-07-2023, 13:40
    • 81

İtaliya “Bir kəmər, bir yol” layihəsindən çıxır

İtaliya “bütövlükdə” Çinlə “Bir kəmər, bir yol” investisiya sazişindən çıxmaq və 2023-cü ilin sonunda başa çatacaq müvafiq anlaşma memorandumunu yeniləməmək qərarına gəlib.

News24.az xəbər verir ki, b u barədə “La Repubblica” qəzeti məlumat yayıb. 

İqtisadi təşəbbüsdən çıxışın İtaliyanın baş naziri Giorgi Meloni ilə ABŞ prezidenti Co Bayden arasında cümə axşamı Ağ Evdə keçiriləcək görüşdə müzakirə ediləcəyi bildirilir.

Nəşr qeyd edir ki, baş nazir Meloni Romaya iqtisadi zərər vurmamaq üçün Avropa İttifaqından zəmanət almaq niyyətindədir. Baydendən dəstək almağa ümid edərək alternativlər üzərində işləmək üçün hansı imkanların olduğunu eşitməyi gözləyir.

Çin və İtaliya liderləri tərəfindən Romaya “Bir kəmər, bir yol” təşəbbüsünə qoşulmağa icazə verən anlaşma memorandumunun imzalanması 2019-cu ilin martında baş tutub. Sonra İtaliya “Böyük Yeddilik”dən ilk ölkə olub. Və Çin investisiya proqramının layihələrində iştirak etməyə hazır olduğunu rəsmən təsdiqləyən Aİ-nin təsisçi ölkələrindən birincisidir. 

Qeyd edək ki,  “Bir kəmər - bir yol” Çinin Mərkəzi Asiya, Avropa və Afrikanın 60-dan çox ölkəsini birləşdirən mövcud ticarət və nəqliyyat dəhlizlərinin təkmilləşdirilməsi və yeni ticarət və nəqliyyat dəhlizlərinin yaradılması üzrə beynəlxalq təşəbbüsüdür və bu, onlarla Çin arasında ticarət əlaqələrinin inkişafına kömək etmək məqsədi daşıyır.

Arzu