İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib
    • 5-05-2024, 20:42
    • 193

İraq və Suriyanın şimalında 4 terrorçu zərərsizləşdirilib


Türkiyənin Milli Müdafiə Nazirliyi Pəncə Kilit bölgəsində 3, Fərat Qalxanı bölgəsində isə 1 terrorçunun zərərsizləşdirildiyini bildirib.

News24.az APA-ya istinadla xəbər verir ki, Milli Müdafiə Nazirliyindən verilən yazılı açıqlamaya görə, terrorla mübarizənin effektiv və qətiyyətlə davam etdiyi bildirilib.

Açıqlamada aşağıdakı məlumatlar yer alıb:

“Qəhrəman Türkiyə Silahlı Qüvvələrimiz İraqın şimalındakı Pəncə Kilit bölgəsində 3 PKK terrorçusunu, Suriyanın şimalında isə Fərat Qalxanı bölgəsində aşkar etdikləri 1 PKK/YPG terrorçusunu zərərsizləşdirib”.