Ad günü olan müğənninin ən böyük arzusu - VİDEO
    • 2-03-2019, 13:28
    • 893

Ad günü olan müğənninin ən böyük arzusu - VİDEO

Azərbaycanlı müğənni Ruslan Alişanın bu gün ad günüdür. 

Gecədən bu yana sənət və digər dostları tərəfindən təbriklər alan səbəbkarın 23 yaşı tamam olub. 

Müğənni News24.Az-a ən böyük arzusu barədə danışıb. Bildirib ki, arzusu Azərbaycanı nə vaxtsa Eurovision Mahnı Müsabiqəsində təmsil etməkdən ibarətdir. Bu il sözügedən müsabiqənin milli seçimlərinə qatılıb, namizədlər sırasına düşən Ruslan öz üzərində çalışdığını, arzusuna çatmaq üçün cəhdlər edəcəyini deyib. 

Qeyd edək ki, Ruslan Alişan Türkiyənin "O ses Türkiye" yarışmasından populyarlaşıb. O, Murad Bozun qrupunda yarışıb. 

News24.Az