Tunisdə havanın temperaturu 50 dərəcəni keçdi: 8 hektar...
    • 25-07-2023, 10:17
    • 100

Tunisdə havanın temperaturu 50 dərəcəni keçdi: 8 hektar...

Tunis Mülki Müdafiə İdarəsi ölkənin şimal-şərqində baş verən meşə yanğınları ilə bağlı açıqlama açıqlama verib. 

News24.az xəbər verir ki, Cenduba əyalətinin Tabarka şəhərində yerləşən Malula meşəsində davam edən yanğın güclü küləyin təsiri ilə genişlənib.

Bildirilib ki, yanğın 8 hektar əraziyə ziyan vurub. 

Qeyd edək ki, Tunisdə havanın temperaturu 50 dərəcədən yuxarı qalxıb.