Rusiyadan “taxıl dəhlizi”açıqlaması: şərtlər yerinə yetirilməsə...
    • 25-07-2023, 11:23
    • 102

Rusiyadan “taxıl dəhlizi”açıqlaması: şərtlər yerinə yetirilməsə...

Rusiyanın ötən həftə dayandırdığı taxıl dəhlizi sazişi ilə bağlı yeni açıqlama gəlib.

News24.az xəbər verir ki, bu barədə Rusiya xarici işlər nazirinin müavini Sergey Verşinin taxıl dəhlizi razılaşması ilə bağlı açıqlamalar verib.

Verşin bildirib: "Qara dənizdə taxıl idxalına dair razılaşmanın davam etdirilməsi ilə bağlı heç bir müzakirə aparılmayıb"

Rusiyalı diplomat bir daha bəyan edib ki, müqavilənin şərtləri yerinə yetirilməsə, ona qayıtmayacaqlar.

Qeyd edək ki, Türkiyə və Birləşmiş Millətlər Təşkilatının (BMT) vasitəçiliyi ilə keçirilən saziş ötən il imzalanıb.

Aydan