Rusiya zəmanət verməsə, risklidir - Peskov
    • 19-07-2023, 18:35
    • 226

Rusiya zəmanət verməsə, risklidir - Peskov

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib bildirib ki, Rusiyanın təhlükəsizlik zəmanəti olmadan taxıl dəhlizi sazişinə davam etmək risklidir. 

News24.az bu barədə xarici KİV-ə istinadla xəbər verir.

Katib təhlükəsizlik zəmanəti olmadan daşımaların davam etdirilməsinin müəyyən risklər yaradacağını deyib: "Rusiya olmadan nə isə rəsmiləşdirilsə, bu risklər nəzərə alınmalıdır. Bu baxımdan sözügedən riskləri hansı ölkənin və nə dərəcədə öhdəsinə götürməyə hazır olduğunu söyləyə bilmərik".

Xatırladaq ki, Qara dəniz taxıl dəhlizi sazişi 2022-ci ilin iyul ayında Türkiyə, Rusiya, Ukrayna və Birləşmiş Millətlər Təşkilatı arasında Ankarada imzalanıb. Sonuncu dəfə mayın 17-də İstanbulda Türkiyə hakimiyyətinin vasitəçiliyi ilə 60 gün müddətinə uzadılan “Taxıl sazişi”nə iyulun 17-də Rusiya tərəfindən xitam verilib. Ardınca Ukrayna Prezidenti Vladimir Zelenski bildirib ki, razılaşma Rusiyasız davam edə bilər və davam etməlidir:
“Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana və Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreşə taxıl sazişinin davam etdirilməsi və ya sazişin üçtərəfli formatda fəaliyyəti ilə bağlı təkliflərdən ibarət məktublar göndərdim. Ukrayna, BMT və Türkiyə birgə qida dəhlizinin fəaliyyətini və gəmilərin yoxlanılmasını təmin edə bilər”.

Arzu