ABŞ Ukraynaya əlavə 400 milyon dollar hərbi yardım edəcək
    • 25-07-2023, 12:30
    • 154

ABŞ Ukraynaya əlavə 400 milyon dollar hərbi yardım edəcək

ABŞ Ukraynaya qabaqcıl hava hücumundan müdafiə sistemləri və “Hornet” pilotsuz uçan aparatı üçün döyüş sursatları da daxil olmaqla, təxminən 400 milyon dollarlıq əlavə hərbi yardım göndərəcək.

News24.az xəbər verir ki, bu barədə "Associated Press"-ə danışan ABŞ rəsmiləri, yardım paketində Yüksək Performanslı Artilleriya Raket Sistemi (HIMARS) və Milli Qabaqcıl Yerdən Havaya Raket Sistemi (NASAMS), "Hornet" pilotsuz uçuş aparatı və bir sıra hərbi sursatların olması gözlənildiyini bildirib.

Adının çəkilməsini istəməyən rəsmilər əlavə yardım paketinin təxminən 400 milyon dollar dəyərində olduğunu bildiriblər.

Qeyd edəkk ki, ABŞ Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Ukraynaya 41 milyard dollardan çox hərbi yardım edib.

Aydan