Müharibədən sonra möcüzə nəticəsində xilas olduq - Paşinyan
    • 25-07-2023, 15:19
    • 171

Müharibədən sonra möcüzə nəticəsində xilas olduq - Paşinyan

“Ermənistanı münaqişə rejiminə salmaq Ermənistanın suverenliyini və müstəqilliyini yoxluğa məhkum etmək deməkdir”. 

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.

Paşinyanın sözlərinə görə, mitinq və nümayişlər zamanı şüarlar eşidilir, bu da o deməkdir ki, Ermənistan həm əvvəlki 30 ildə, həm də gələcəkdə qarşıdurma rejimində yaşamalıdır: “Biz bununla razılaşırıqmı? Və gəlin bunu istək baxımından deyil, vəziyyəti qiymətləndirmək baxımından nəzərdən keçirək. Məni çox qınayırlar, niyə 2018-19-cu illərdə bu haqda danışmadım. Öz səhvlərindən dərs almış bir insan kimi deyirəm ki, əgər kimsə deyirsə ki, Ermənistan qarşıdurma rejimində yaşamağa davam etməlidir, o, Ermənistan Respublikasının dövlətçiliyini, suverenliyini, mövcudluğunu şübhə altına alır. 2020-ci ildə 44 günlük müharibədən sonra biz az qala möcüzəvi şəkildə dövlətimizi, dövlətçiliyimizi xilas etdik. Vəziyyət bu gün də belədir, lakin biz bundan əl çəkməliyik”, - Paşinyan bildirib.

Akqabay