-
- 25-07-2023, 16:02
- 268
Paşinyandan etiraf: “Müxtəlif xəritələr dərc etməklə Ermənistanı heçliyə çevirdik”
“Müxtəlif tipli xəritələr dərc etməklə biz Ermənistanı heçliyə çevirmişik”.
News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.
“Ermənistan Respublikası hökumətinin Azərbaycanın ərazi bütövlüyünü tanımasını qadağan etməklə, Azərbaycana Ermənistan Respublikasının ərazi bütövlüyünü tanımaq qadağan edilir. Bir çox həmkarlarımız deyir ki, biz hökumətə Azərbaycanın 86 min 600 kvadratkilometr ərazisinin ərazi bütövlüyünü tanımasını qadağan etməliyik, lakin eyni qərar Azərbaycanın Ermənistanın 29 min 800 kvadrat kilometr ərazi bütövlüyünü tanımasını qadağan edəcək. Elə adamlar var ki, 29 min 800 kvadrat kilometr ona maraqlı deyil, amma şəxsən mənə çox maraqlıdır, çünki onun baş naziriyəm. Bunu qeyd etməmək Ermənistanı qeyri-müəyyənlik içində buraxmaq deməkdir, biz bunu etdik və bizə elə gəldi ki, həyat sadədir. Müxtəlif tipli xəritələr dərc etməklə bizə elə gəldi ki, biz çox tarixi bir iş görürük, amma əslində biz Ermənistanı heçliyə çevirmişik, bunu başa düşmədik, lakin heç nə edə bilmədik”, - Paşinyan bildirib.
Akqabay