Qurbanov Qara Qarayevdən danışdı
    • 25-07-2023, 16:44
    • 268

Qurbanov Qara Qarayevdən danışdı

“Xüsusi şərh etməyə ehtiyac yoxdur. Qara bizim ailənin üzvüdür. Bizdə olan müddətdə də beləydi, bu gün də belədir. Qaraya sadəcə uğurlar arzulayıram”.

News24.az xəbər verir ki, bu sözləri sportinfo.az-a açıqlamasında “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.

Təcrübəli mütəxəssis “Qara Qarayevin “Qarabağ”dan əzəli rəqib olan “Neftçi”yə keçidi futbol ictimaiyyətində birmənalı qəbul edilmədi. Bəs siz onun qərarın necə qarşıladınız” sualına isə belə cavab verib:

“Futbolda belə hallar baş verib. Qara hər zaman bizim çox istədiyimiz peşəkar futbolçulardan olub”.