Əliyev Brüsseldə Qərbi Azərbaycana qayıdış məsələsini qaldırıb - Paşinyan açıqladı
    • 25-07-2023, 16:54
    • 261

Əliyev Brüsseldə Qərbi Azərbaycana qayıdış məsələsini qaldırıb - Paşinyan açıqladı

“İyulun 15-də Brüsseldə keçirilən görüşdə Azərbaycan Prezidenti Sovet Ermənistanını “tərk etmiş” azərbaycanlıların hüquq və təhlükəsizliyinin təmin edilməsi məsələsini qaldırıb”. 

News24.az xəbər verir ki, bu sözləri Ermənistanın baş naziri Nikol Paşinyan iyulun 25-də keçirdiyi mətbuat konfransında deyib.

“Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin həlli və bunun Bakı-Xankəndi dialoqu vasitəsilə həyata keçirilməsi məsələsi müzakirə olunanda Azərbaycan Prezidenti belə bir məsələ qaldırdı ki, belə olan halda Sovet Ermənistanını tərk etmiş azərbaycanlıların hüquq və təhlükəsizliyi məsələsi də həll olunmalıdır", - Paşinyan bildirib.

Akqabay