Cədvəl hazırlanıb: bəyan ediləcək ki...- Brüssel görüşü
    • 15-07-2023, 13:20
    • 215

Cədvəl hazırlanıb: bəyan ediləcək ki...- Brüssel görüşü

Bu gün Brüsseldə Avropa İttifaqı Şurası Prezidenti Şarlz Mişelin iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında üçtərəfli danışıqlar gözlənilir.

Görüşün gözləntiləri ilə bağlı News24.az-a danışan politoloq Sultan Zahidov bildirib ki, müxtəlif razılıqlar əldə edilə bilər. 

“Bundan əvvəlkilər də daxil olmaqla keçirilən hər bir görüş sülh sazişinin imzalanması istiqamətində atılan addım kimi qiymətləndirilir. 

Görüş tərəflər arasındakı fərqlilikləri azaltmağa xidmət edir. İndiki halda həm Brüssel, həm Vaşinqton formatı, həm də Kişinyauda baş tutan görüşlər onu deməyə əsas verir ki, tərəflər sülh sazişini imzalamaqda  maraqlıdırlar. Bu prossesi daha da irəli aparmaq fikrindədirlər. Düzdür, son zamanlar Qarabağ erməniləri və Ermənistan tərəfindən Azərbaycana qarşı təxribatların sayı artıb. Ona görə ki, separatçılar da daxil olmaqla Brüssel formatından narazı qüvvələr var”, - o deyib. 

Politoloqun sözlərinə görə, sözügdən görüş çərçivəsində tərəflərarası mövqelerdə yaxınlaşmanın başvermə ehtimalı yüksəkdir. 

“Şifahi razılıqlar əldə edilə bilər. Xüsusilə nəqliyyat və kommunikasiya xətlərinin açılması və Azərbaycandan Naxçıvana keçəcək dəmiryolunun inşası məsələsi də gündəmdədir. Daha əvvəl Şarl Mişel açıqlamışdı ki, bu istiqamətdə müəyyən irəliləyişlər əldə olunub, cədvəl hazırlanıb. Hesab edirəm ki, sözügedən kommunikasiya xəttinin açılması ilə bağlı bu gün keçirilən görüşdə müxtəlif bəyanatlar səsləndirilə bilər.
Sülh sazişinin imzalanması ehtimalı isə olduqca aşağıdır, çünki tərəflər arasında mübahisəli mövqelər var. Delimitasiya, demarkasiya məsələləri görüşdə müzakirə olunacaq. Eyni zamanda Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyi mövzusu masaya qoyulacaq. Digər bir məsələ isə,  rus sülhməramlıların nəzarəti altında olan ərazilərdə qanunsuz hərbi qruplaşmaların olmasıdır ki, görüşdə Azərbaycan həmin hərbi birləşmələrin oradan çıxarılmasını tələb edir. Regionda minalanmış torpaqların xəritələrinin ölkəmizə təqdim edilməsi müzakirə ediləcək”,- deyə Zahidov yükunlaşdırıb. 

Arzu