BMT “Taxıl sazişi”ni bərpa etmək üçün səy göstərir
    • 25-07-2023, 21:45
    • 147

BMT “Taxıl sazişi”ni bərpa etmək üçün səy göstərir

“BMT “Taxıl sazişi”ni bərpa etmək üçün səy göstərir, lakin hələlik bu işin təfərrüatlarını açıqlaya bilmir”.

News24.az Report-a istinadən xəbər verir ki, bu barədə brifinqdə BMT Baş katibinin nümayəndəsinin müavini Farhan Hak bildirib.

“Biz, artıq dediyimiz kimi, həm Ukraynadan, həm də Rusiyadan ərzaq və gübrə tədarükünün davam etdirilməsini axtarmağa davam edirik. Hazırda bununla bağlı hər hansı təfərrüat verə bilmərəm, lakin baş katib daha əvvəl açıq şəkildə bildirdi ki, o, bu cəbhədə işi dayandırmır. Bu, təkcə bu iki ölkə üçün deyil, bütün dünyanın rifahı üçün son dərəcə vacibdir. Biz təsdiq edə bilərik ki, səylərimizi davam etdiririk”-deyə, o qeyd edib. 

BMT rəsmisi əlavə edib ki, təşkilat Rusiyadan “Taxıl sazişi”nin ləğvi ilə bağlı bildiriş alıb.