-
- 25-07-2023, 22:30
- 201
Tanınmış idmançının oğlunun ürəyi dayandı
Tanınmış basketbolçu LeBron James Bronnienin oğlu bir müddətdir ürək tutmasından əziyyət çəkirdi.
Günəş Mərd
News24.az xəbər verir ki, iyulun 24-də məşq zamanı onun oğlunun ürəyi qəfildən dayanıb.
Bu barədə ESPN məlumat yayıb.
Mənbənin sözlərinə görə, 18 yaşlı idmançı xəstəxanaya çatdırılıb və hazırda vəziyyəti stabildir. O, reanimasiya şöbəsindən köçürülüb.
Bronnie Cənubi Kaliforniya Universitetində birinci kurs tələbəsidir. Onun 2024-cü ildə Milli Basketbol Liqasına (NBA) daxil olması planlaşdırılır. 38 yaşlı Ceyms oğlu ilə NBA-da eyni komandada oynamaq arzusunda olduğunu bildirib.
Qeyd edək ki, Ceyms dördqat NBA çempionudur (2012, 2013, 2016, 2020). O, dörd dəfə müntəzəm mövsümün və pley-offun MVP-si seçilib. ABŞ komandasının tərkibində idmançı 2008 və 2012-ci illərdə Olimpiya Oyunlarının qalibi olub.
Günəş Mərd