-
- 16-02-2020, 15:22
- 3 561
Bakıda dünya kubokunun qalibi bəlli oldu
"Rio-2016” Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, çinli Qao Ley Bakıda keçirilən dünya kuboku yarışlarında kişi batutçuların fərdi yarışlarında birinci olub.
News24.az AzərTAc-a istinadən xəbər verir ki, final mərhələsində çıxışına görə, hakimlərdən 61,585 xal alan Q.Ley bütün rəqiblərini qabaqlayaraq fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Ötən il Yaponiyada təşkil olunan dünya çempionatının mükafatçısı, belaruslu İvan Litvinoviç 61,360 xalla gümüş medala sahib olub. Digər çinli idmançı, “London-2012” Yay Olimpiya Oyunlarının qalibi Dun Dun isə 60,260 xalla yarışı üçüncü pillədə başa vurub.
İki gün davam edəcək dünya kuboku yarışlarında 30 ölkədən 150-dək gimnast mübarizə aparır. Yarış Tokio Yay Olimpiya Oyunlarına lisenziya xarakteri daşıyır.