İrəvanda ŞOK:
    • 26-07-2023, 13:32
    • 372

İrəvanda ŞOK: "Gedək Bakıya, orada aksiya edək”

Eçmiədzinin “Kimya” hərbi hissəsinin itkin düşən hərbçilərinin valideynləri Nikol Paşinyanın Baqramyan 26 ünvanında yerləşən iş yerinin yaxınlığında yolu bağlayıb və onunla görüş tələb ediblər. 

News24.az xəbər verir ki, yaşlı erməni itkin düşən hərbçilərin analarına yaxınlaşaraq onları “Bakıya getməyə və orada etiraz etməyə” çağırıb.

“Övladınız haradadır?” deyə o soruşub. Valideynlərdən biri “Azərbaycan?” deyib. Yaşlı kişi “Gedək Bakıya, orada aksiya edək” deyə cavab verib və bundan sonra onunla valideynlər arasında mübahisə yaşanıb.

Polis həmin şəxsi oradan uzaqlaşdırıb.

Qeyd edək ki, etirazçılar xüsusi olaraq Ermənistan hökumətinin başçısı ilə danışmağı tələb edirlər. Bir həftə əvvəl onlar Nikol Paşinyanla görüş tələbi ilə aksiya keçiriblər. Lakin Paşinyan onları qəbul etməyib.

Akqabay