İtkin düşən erməni hərbçilərin valideynləri Yerevanda etiraz aksiyası keçirir - DNT testləri saxtadır
    • 27-08-2021, 12:50
    • 548

İtkin düşən erməni hərbçilərin valideynləri Yerevanda etiraz aksiyası keçirir - DNT testləri saxtadır

Ermənistanda itkin düşmüş hərbçilərin valideynləri və qohumları gecəni Yerevanın mərkəzindəki Ermənistan hökumət binasının qarşısında keçiriblər. 

News24.az "Sputnik Armeniya"ya istinadən xəbər verir ki, gecədən başlayan etiraz aksiyası səhər də davam edib. 

Etirazçılar DNT testləri ilə bağlı məsələləri aydınlaşdırmaq üçün Ermənistan Baş naziri Nikol Paşinyan və ya onun nümayəndəsi ilə görüş tələb ediblər.

İtkin düşənlərin valideynləri Qarabağda aşkarlanan cəsədlərin və qalıqlarının şəxsiyyətinin müəyyənləşdirilməsi ilə bağlı aparılan müayinələrin nəticələrini tanımadıqlarını bildiriblər. Onlar iddia edirlər ki, dövlət əxsiyyəti müəyyən edilməyən şəxslərin cəsədlərinin qalıqlarını onlara veriblər.

Bunu, əsirlikdə ola biləcək hərbçiləri axtarmamaq və geri qaytarmaq üçün edirlər.

Bu dəqiqlərdə isə etirazçılar hökümət binasına buraxılıblar. Lakin onların kiminlə görüşəcəyi bəlli deyil.