İtkin düşən uşağın əşyaları tapıldı
    • 26-07-2023, 14:06
    • 231

İtkin düşən uşağın əşyaları tapıldı

Evdən 700 metr aralıda Tuvada itkin düşən dörd yaşlı uşağın əşyaları tapılıb.

News24.az xəbər verir ki,  evin həyətində oynayarkən itən balaca oğlanın axtarışları hələ də davam etdirilir. Bu barədə Rusiya İstintaq Komitəsi məlumat verib.

“Hadisə yerinə baxış keçirilərkən, uşağın çıxdığı evdən 700 metr aralıda həmin gün uşağın olduğu çayın yanından uşaq əşyaları aşkar edilib”, - deyə idarədən bildirilib.

İtkin düşən oğlanın axtarışı üçün 120-dən çox adam - könüllülər, polis və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları, 19 nəfərdən ibarət aviasiya dəstəsi cəlb olunub.

Müstəntiqlər uşağın yoxa çıxmasının səbəblərini müəyyənləşdirirlər.

Xatırladaq ki, uşaq iyulun 25-də axşam saatlarında Dzun-Xemçik rayonunun Xəyrəkan kəndində fərdi evin həyətindən itib.