Sumqayıtda itkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı
    • 5-09-2020, 14:09
    • 1 057

Sumqayıtda itkin düşmüş 10 yaşlı uşağın meyiti tapıldı

Sumqayıtda üç gün əvvəl itkin düşən 10 yaşlı uşağın meyiti tapılıb.

News24.az-ın məlumatına görə, bu barədə Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətinin rəisi Gülçin Mehdiyeva bildirib.

O qeyd edib ki, 2010-cu il təvəllüdlü Yusif Davudzadənin meyiti Nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən Ceyranbatan Su Anbarında tapılıb.