Binaların birinci mərtəbəsində qadağa: Qaz balonları...
    • 26-07-2023, 15:06
    • 185

Binaların birinci mərtəbəsində qadağa: Qaz balonları...

Bir neçə gün əvvəl Xətai rayonu, Məhəmməd Hadi küçəsindəki doqquzmərtəbəli yaşayış binasında partlayış olub. Belə ki, binanın birinci mərtəbəsində yerləşən restoranda baş vermiş partlayış qaz balonları ilə bağlı təhlükəni yenidən gündəmə gətirib.

News24.az mövzunu araşdırmaq qərarına gəlib.

Fövqəladə Hallar Nazirliyindən sorğumuza cavab olaraq bildirildi ki, bu məsələnin quruma aidiyyatı yoxdur.

Azəriqaz İstehsalat Birliyinin Şöbə rəisi İlkin Behbudov saytımıza açıqlamasında bildirib ki, kafe və restoranlarda təbii qaz və propan balonundan istifadə qanunvericiliklə tənzimlənir: ”Əgər həmin obyektlər zirzəmi və ya yarımzirzəmidə, hündürmərtəbəli binaların birinci mərtəbəsində yerləşərsə, həmin obyektlərə təbii qazın və ya propan qazının verilməsi qadağandır. Bu obyektlər ayrılıqda fəaliyyət göstərərsə, yəni, üzərində yaşayış binası olmazsa və insanların kütləvi yığışdığı məkan deyilsə, həmin obyektlərdə təbii qaz və propan qazından istifadə qaydalara uyğun olaraq mümkündür”.

Müxbir: Nərmin Murad  
Video: Nicat Niftəliyev