Azərbaycan Premyer Liqası: I turun proqramı bəlli olub
    • 26-07-2023, 15:30
    • 284

Azərbaycan Premyer Liqası: I turun proqramı bəlli olub

Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünün I turunun oyun cədvəli müəyyənləşib.

News24.az-ın məlumatına görə, Peşəkar Futbol Liqası qarşılaşmaların keçirilmə gününü və başlama saatını açıqlayıb.

Mövsümə Tovuzda start veriləcək. Yerli “Turan Tovuz” avqustun 4-də elitaya qayıdan “Araz-Naxçıvan”ı qəbul edəcək.

Premyer Liqa
I tur
4 avqust (cümə)
17:00. “Turan Tovuz” – “Araz-Naxçıvan”

Tovuz şəhər stadionu

5 avqust (şənbə)
18:30. “Səbail” – “Sumqayıt”
“ASCO Arena”
21:00. “Qarabağ” – “Zirə”
“Azersun Arena”
6 avqust (bazar)
17:00. “Kəpəz” – “Neftçi”
Gəncə şəhər stadionu
20:00. “Sabah” – “Qəbələ”
“Bank Respublika Arena”

Qeyd edək ki, aparılan işlərin yekunları ilə tanış olmaq məqsədilə iyulun 31-də Tovuz və Gəncə şəhər stadionlarına yekun baxış keçiriləcək.