-
- 26-07-2023, 16:53
- 353
Nə üçün Ermənistan malları “humanitar yardım” adı altında Azərbaycana gətirilməlidir? — Ermənilərin manipulyasiyası...
Ermənistan və Xankəndində separatçı rejimin qalıqları Qarabağda “humanitar fəlakət” iddiası ilə aləmə çar çəkib, bunu ispatlamaq üçün “aclıq oyunları” təşkil edirlər. Eyni zamanda, separatçı rejimin qondarma “rəhbərləri” müxtəlif yollara əl atır. Halbuki, Azərbaycan dövləti erməni əhalisinin təminatı üçün Ağdam yolundan istifadə təklifini verib.
Bu təklif Brüssel görüşündə Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel tərəfindən də dəstəkləndi. Beləliklə, beynəlxalq ictimaiyyət də Azərbaycanın öz suveren ərazisində ərzaq və digər tədarükün təminatı ilə bağlı mövqeyini qəbul edir.
Lakin Ermənistan və separatçılar bundan imtina edir. O zaman sual yaranır, məqsəd həqiqətən də əhalinin təminatıdırsa, nə üçün Ağdam yolundan istifadə etməkdən imtina edirlər?
Əgər doğrudan da iddia etdikləri kimi “humanitar fəlakət” varsa, niyə problemi həll etmək üçün irəli sürülən təklifi qəbul etmirlər?
Cavab bəllidir...
Birincisi, “humanitar fəlakət” iddiaları yalandır.
İkincisi, separatçılar erməni əhalisinin reinteqrasiyasının qarşısını almaq məqsədi güdür, bu məsələdə Ermənistan da onları dəstəkləyir.
Məsələ həqiqətən də ərzaq təminatıdırsa, nə üçün qəbul etmirlər?
Azərbaycandan gətiriləcək qida məhsullarının keyfiyyəti Ermənistan ərazisindən gələn məhsulların keyfiyyətindən pisdir?
Nə üçün Ermənistanda ƏDV-si ödənilmiş mallar “humanitar yardım” adı altında Azərbaycan ərazisinə gətirilməlidir və rəsmi İrəvan bundan niyə qazanmalıdır?
Faktiki olaraq, Ermənistanın heç bir tutarlı arqumenti yoxdur. Yoldan imtina etmək isə Bu rasist yanaşmadan başqa bir şey deyil və bəllidir ki, siyasi spekulyasiya edirlər.
Halbuki, Ağdam yolundan istifadə logistik baxımından da daha sərfəlidir. Çünki məsafə qısadır və daşınma daha ucuz başa gəlir.
Bu təklifdən imtina etmələri məqsədin mülki əhalinin təminatı olmadığını ispat edir. Bununla, reinteqrasiyanın qarşısını alır, separatçıların mövcudluğunu qorumağa çalışırlar.
Eyni zamanda, “humanitar yardım” adı altında hərbi təyinatlı yüklər keçirmək istədikləri üçün bu təklifdən imtina edirlər. İndiyə qədər Laçın yolundan məhz bu məqsədlə istifadə ediblər. Hətta, Beynəlxalq Qırmızı Xaç Komitəsinin adı altında da qaçaqmalçılıq etdilər. Ağdam yolundan istifadə isə bütün bu qanunsuzluqları yerinə yetirməyə imkan verməyəcək.
Göründüyü kimi, “humanitar fəlakət” iddiaları şoudan başqa bir şey deyil. Bu şouların heç bir nəticəsi olmayacaq, çünki Azərbaycan öz suveren ərazisində qanunsuzluqlara göz yummayacaq və heç bir qüvvə rəsmi Bakını suveren hüquqlarından imtina etməyə məcbur edə bilməz.
Ərzaq və digər malların təminatı lazımdırsa, qapı açıqdır. Ağdam yolundan istifadə edə bilərlər. Vəssalam!
Vasif Həsənli