Bakıda su kəmərində QƏZA
    • 26-07-2023, 17:01
    • 165

Bakıda su kəmərində QƏZA

Bakıda magistral su kəmərində qəza baş verib.

News24.az xəbər verir ki, Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində baş verən qəza zamanı kəmərdən axan su ətrafa yayılıb.

Suyun ətrafa yayılması eyni zamanda magistral yolda hərəkət edən avtomobillərin hərəkətinə ciddi maneələr yaradıb.

***

Bakı-Ələt yolunun Qaradağ rayonundan keçən hissəsində magistral su kəmərində baş verən qəza aradan qaldırılıb, abonentlərin su təchizatında heç bir problem yoxdur.

Bu barədə Azərsu ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı deyib.