Bu ərazilərdə su olmayacaq
    • 14-07-2021, 11:27
    • 304

Bu ərazilərdə su olmayacaq

Bakının Qaradağ, Səbail və Binəqədi rayonlarının bəzi ərazilərinə, eləcə də Şirvan və Hacıqabul şəhərləri, Hacıqabul rayonun magistral kəmərdən qidalanan kəndlərinə içməli suyun verilməsində məhdudiyyətlər olacaq.

News24.az xəbər verir ki, bu barədə “Azərsu” ASC-dən “Qafqazinfo”ya məlumat verilib. Bildirilir ki, buna Kür-Bakı magistral su kəmərində baş vermiş qəza səbəb olub.