"Qarabağ"dan Qara Qarayevin ayrılığına SƏRT REAKSİYA
    • 26-07-2023, 17:55
    • 274

"Qarabağ"dan Qara Qarayevin ayrılığına SƏRT REAKSİYA

Qara Qarayevin "Qarabağ"ı "Neftçi"yə dəyişməsi futbol ictimaiyyətində bomba effekti yaratdı.

Kimisi təcrübəli futbolçunu qınadı, kimisi isə qərarı anlayışla qarşıladı.

Elə "Qarabağ" cəbhəsində də onun gedişinə münasibət birmənalı deyil.

Qınayanlar olduğu kimi, dəstək olan və üzülənlər də yetəri qədərdir.

Məsələn, "İmarət" azarkeş qrupu kimi.

Belə ki, klubun ən böyük azarkeş qrupu öz sosial şəbəkə hesabından Qarayevin gedişinə aid postda aşağıdakılar qeyd olunub:

"Qara Qarayev “Qarabağ”dan getdi..

18 ildir Komandamızın uğurları üçün tər tökən Qaraya uğurlar arzulayır və seçiminin də zərurətdən yarandığını başa düşürük.

Ancaq “Qarabağ”dan başqa bir klubda forma geyinməmiş futbolçunu komandada saxlamaq, eləcə də “Qarabağ”da futbola vida etməsini təmin etmək olardı, nəinki milli futbolçumuzun "Neftçi"yə keçməsinə razı olmaq.

Komandamız bu gün yaxşı futbol oynayır, tarixi uğurlar əldə edir və bu ölkədə hamını sevindirir.

Təəssüf ki, bu uğurları, yəni maddi dəyərlərimizi mənəvi dəyərlərə çevirə bilmirik.

Hər bir klubu daimi zirvədə saxlayan isə təkcə onun uğurları yox, onun dəyərləridir!

Uğurlar QARAbağ!". /SPORTİNFO.AZ/