Erməni hərbçi naməlum şəkildə öldü
    • 27-07-2023, 01:04
    • 306

Erməni hərbçi naməlum şəkildə öldü

Erməni hərbçi naməlum şəraitdə güllə yarasından ölüb.

News24.az xəbər verir ki, bu barədə Ermənistan Müdafiə Nazirliyi məlumat yayıb.

“İyulun 26-da saat 16:30 radələrində hələlik aydınlaşdırılmamış şəraitdə “N” saylı hərbi hissənin hərbi qulluqçusu Murad Qriqoryan ölümcül güllə yarası alıb”, - deyə məlumatda bildirilir.