Kəlbəcər istiqamətində təxribat törədən 3 erməni hərbçi məhv edilib, 2-si yaralanıb
    • 28-07-2021, 09:56
    • 523

Kəlbəcər istiqamətində təxribat törədən 3 erməni hərbçi məhv edilib, 2-si yaralanıb

Ermənistan Silahlı Qüvvələri hərbçilərinin Azərbaycanla dövlət sərhədində atəşkəsi pozduqları üçün görülən cavab tədbirləri nəticəsində 3 erməni hərbçi ölüb, 2-si yaralanıb.

İki barədə məlumatı Ermənistanın Müdafiə Nazirliyi yayıb.

Məlumata əsasən, iyulun 28-də Ermənistan Silahlı Qüvvələri Azərbaycanın dövlət sərhədində atəşkəsi pozub. Ermənistan Müdafiə Nazirliyinin yerli vaxtla saat 08.30-a olan məlumatına görə, Ermənistan tərəfdən 3 hərbçi ölüb, 2-si yaralanıb. /Report/