Helikopter qəzaya uğradı - ANBAAN VİDEO
    • 27-07-2023, 14:57
    • 1 190

Helikopter qəzaya uğradı - ANBAAN VİDEO

Rusiyanın Altay diyarının Tunqur qəsəbəsində Mi-8 helikopteri qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə yerli Fövqəladə Hallar Xidməti məlumat yayıb.

Əldə edilən görüntülərdə görünür ki, eniş zamanı vertolyot quyruğu ilə dirəyə dəyib, bundan sonra yan üstə düşüb və qəza baş verib.

Qeyd edək ki, helikopterdə Beluxa dağına ekskursiyadan qayıdan 12 turist və 3 ekipaj üzvü olub.

Hadisə nəticəsində 6 nəfər ölüb, 7 nəfər isə yaralanıb. Xəsarət alanların hamısı ağır yanıq xəsarətləri alıb, üç nəfərin vəziyyəti ağırdır.

Helikopter elektrik xəttini zədələyib, Tyuğur və Küçerlə kəndləri işıqsız qalıb.