Krımda Rusiyanın hərbi helikopteri qəzaya uğradı
    • 12-05-2023, 18:52
    • 257

Krımda Rusiyanın hərbi helikopteri qəzaya uğradı

Rusiyanın Mi-28 helikopteri Krımın Cankoy rayonunda təlim uçuşu zamanı qəzaya uğrayıb.

News24.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

"2023-cü il mayın 12-də, Moskva vaxtı ilə saat 15:42-də Krım Respublikasının Cankoy rayonunda planlı təlim uçuşunu yerinə yetirərkən Mi-28 helikopteri qəzaya uğrayıb. Uçuş sursatsız həyata keçirilib. Qəza nəticəsində hər iki pilot ölüb”, - nazirlikdən bildiriblər.

Hadisənin səbəblərini öyrənmək üçün hadisə yerinə VKS-nin baş komandanlığından ibarət komissiya göndərilib. Rusiya Federasiyasının Müdafiə Nazirliyinin məlumatına görə, qəzanın ilkin səbəbi avadanlıqların sıradan çıxmasıdır. 

Qumral Əliyeva