“Araz-Naxçıvan”da yeni təyinatlar gerçəkləşdi
    • 27-07-2023, 16:04
    • 297

“Araz-Naxçıvan”da yeni təyinatlar gerçəkləşdi

“Araz-Naxçıvan” klubunda yeni təyinatlar gerçəkləşib.

News24.az Premyer Liqa təmsilçisinin mətbuat xidmətinə istinadən xəbər verir ki, U-17 və U-19 yığmalarının baş məşqçiləri müəyyənləşib.

Ruslan Əmircanov 17, Xəyal Mustafayev isə 19 yaşadək futbolçulardan ibarət komandanın baş məşqçisi təyin olunublar.

Hər iki mütəxəssislə 1 illik müqavilə imzalanıb.