“Neftçi”dən ayrılan məşqçinin yeni komandası müəyyənləşdi
    • 25-07-2023, 11:33
    • 276

“Neftçi”dən ayrılan məşqçinin yeni komandası müəyyənləşdi

“Neftçi”dən ayrılan məşqçi Vadar Nuriyevin yeni komandası müəyyənləşib.

News24.az xəbər verir ki, “ağ-qaralar”da seleksiya şöbəsinin üzvü kimi fəaliyyət göstərən mütəxəssis 2023/2024 mövsümündə “Araz-Naxçıvan”ın məşqçilər korpusunda yer alacaq.

51 yaşlı Nuriyev baş məşqçi Azər Bağırovun köməkçilərindən biri olacaq. O, artıq Premyer Liqa təmsilçisinin Qəbələdəki təlim-məşq toplanışına qatılıb.

Qeyd edək ki, “Araz-Naxçıvan”da Vadar Nuriyevdən başqa, Rail Məlikov köməkçi, Miloş Yevtiç fiziki hazırlıq, Araz Bağırov analitik, Əfran İsmayılov seleksiya, Ramiz Kərimov qapıçılarla işləyən məşqçi vəzifəsini yerinə yetirəcəklər./report/