“Qarabağ”ın yetirməsi KLUBUNU DƏYİŞDİ
    • 24-07-2023, 17:49
    • 252

“Qarabağ”ın yetirməsi KLUBUNU DƏYİŞDİ

“Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb. 

News24.az
saytının məlumatına görə, bunu klubun mətbuat xidməti açıqlayıb.

“Qarabağ”ın yetirməsi yeni klubu ilə 1 illik müqavilə imzalayıb. Ötən mövsüm icarə əsasında “Kəpəz”də keçirən 22 yaşlı mərkəz müdafiəçisi tibbi müayinədən keçib. O, komandanın Qəbələdəki toplanışına qoşulacaq.

Qeyd edək ki, "Araz-Naxçıvan" buna qədər Nuno Miguel, Vanderson, Semir Bukviç, Miço Kuzmanoviç, Numan Kurdiç, Orxan Əliyev, Vüsal Şabanov, Tuqay Əlizadə, Bayraməli Qurbanov, Həzrət İsayev, Turan Manafov, Vadim Abdullayev, Nihat Qurbanlı, Nicat Süleymanov, Elçin Mustafayev, Abdulla Rzayevlə müqavilə imzalayıb./apasport/