Putin Afrikaya taxıl vəd etdi
    • 27-07-2023, 16:09
    • 161

Putin Afrikaya taxıl vəd etdi

Rusiya prezidenti Vladimir Putin Afrikaya rus taxılını vəd edib.

News24.az xəbər verir ki, bu barədə “Lenta.ru” məlumat yayıb. 

“Ölkəmiz Ukrayna taxılını Afrikanın ən çox ehtiyacı olan ölkələrinə həm kommersiya, həm də təmənnasız yardım şəklində əvəz edə bilir”, - Putin bildirib.

O qeyd edib ki, Rusiyadan taxıl tədarükü də BMT-nin ərzaq proqramı çərçivəsində humanitar yardım kimi həyata keçiriləcək. 

Ölkə başçısının sözlərinə görə, bütün məhdudiyyətlərə baxmayaraq, Rusiya yalnız 2023-cü ilin birinci yarısında Afrikaya 10 milyon ton taxıl ixrac edib.  

Arzu