Quterreş Putinə yazdığı məktubdan danışdı, ÇAĞIRIŞ ETDİ
    • 24-07-2023, 18:55
    • 180

Quterreş Putinə yazdığı məktubdan danışdı, ÇAĞIRIŞ ETDİ

BMT-nin baş katibi Antonio Quterreş Romada BMT-nin Qida Sistemləri Sammitində çıxış edərək, Rusiya prezidenti Vladimir Putinə yazdığı məktubda qeyd etdiyi ideyalar əsasında Rusiyanı taxıl sazişinə qayıtmağa çağırıb. 

News24.az
xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Rusiya Federasiyasını mənim son təkliflərimə uyğun olaraq Qara dəniz təşəbbüsünün həyata keçirilməsinə qayıtmağa çağırıram”, - baş katib bildirib.

Bundan əvvəl Putin bildirib ki, taxıl müqaviləsinin davam etdirilməsi məntiqli deyil. O qeyd edib ki, Rusiyanın dünya taxıl və gübrə bazarlarına ixracının sanksiyalardan çıxması ilə bağlı sazişin heç bir müddəasının yerinə yetirilmədiyini nəzərə alsaq, onun bundan sonra da davam etdirilməsi mənasını itirib. Rusiya prezidenti bildirib ki, taxıl müqaviləsi onun humanitar məqsədinə haqq qazandırmır. Buna görə də, Putin qeyd edib ki, Moskva sazişin daha da uzadılmasına etiraz edib və onun icrasını iyulun 18-də başa çatdırıb.

Bundan əvvəl taxıl müqaviləsi çərçivəsində sonuncu gəmi Qara dənizi tərk edib.

Akqabay