Azyaşlının əli ətçəkən maşında qaldı
    • 27-07-2023, 17:02
    • 179

Azyaşlının əli ətçəkən maşında qaldı

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Balakən şəhərində 1 nəfər azyaşlının əlinin ətçəkən maşında sıxışıb qalması barədə məlumat daxil olub.

News24.az xəbər verir ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub.

Həkim nəzarəti altında həyata keçirilən xilasetmə tədbirləri nəticəsində azyaşlının əli ətçəkən maşından çıxarılaraq xilas olunması təmin edilib.