Putin 6 Afrika ölkəsinə pulsuz taxıl daşınması vəd edib
    • 27-07-2023, 17:11
    • 290

Putin 6 Afrika ölkəsinə pulsuz taxıl daşınması vəd edib

Rusiya prezidenti Vladimir Putin, Rusiyanın Sankt-Peterburq şəhərində keçirilən Rusiya-Afrika Sammitində açılış nitqi ilə çıxış edib.

News24.az xəbər verir ki, Rusiyanın Afrika ölkələri ilə dəstəyi və ticarət əlaqələrindən danışan Putin, “Rusiya 2022-ci ildə Afrika ölkələrinə ümumilikdə 11,5 milyon ton, bu ilin ilk 6 ayında isə 10 milyon ton taxıl məhsulları göndərib” deyib.

Rusiyanın Afrika ölkələrinə göndərdiyi neft məhsullarını əvvəlki illə müqayisə edən Putin, “2022-ci ildə ümumilikdə 8 milyon ton neft məhsulları göndərmişik. Bu il bu tempin 18-20 milyon ton səviyyəsində olacağını gözləyirik”- deyib.

“Ölkəmiz ehtiyacı olan ölkələrə, o cümlədən humanitar yardıma dəstəyini davam etdirəcək”, - Putin bildirib. Biz bu resursları daha ədalətli şəkildə bölüşdürmək üçün sistem üzərində işləyirik. Biz qlobal ərzaq böhranına qarşı çıxmaq üçün hər cür səy göstəririk. Yaxın 3-4 ayda Zimbabve, Burkina Faso, Mali, Somali, Mərkəzi Afrika Respublikası və Eritreyaya 50 min ton taxıl tədarük edəcəyik”- deyib

Aydan