Putin:
    • 27-07-2023, 23:31
    • 171

Putin: "Afrika ölkələrinə pulsuz taxıl tədarük etməyə hazırıq"

"Rusiya yaxın aylarda bir sıra xüsusilə ehtiyacı olan Afrika ölkələrinə pulsuz taxıl tədarük etməyə hazırdır və ümumilikdə Afrikaya ərzaq çatdırılmasında Ukraynanı əvəz edə bilər".

News24.az TASS-a istinadən xəbər verir ki, bu sözləri Rusiya prezidenti Vladimir Putin Sankt-Peterburqda baş tutan Rusiya-Afrika sammitində deyib. 

Onun sözlərinə görə, Rusiya Afrika qitəsi ilə çoxtərəfli ticarət, investisiya və humanitar əlaqələrin daha da dərinləşdirilməsində səmimi maraq göstərir. 

Dövlət başçısı Rusiya universitetlərində afrikalı tələbələr üçün yerləri artıracağını vəd edib və qitə ölkələrini milli valyutalarla hesablaşmaqda daha fəal olmağa çağırıb.

Günəş Mərd