Daha bir neçə ailə Laçına yola salındı
    • 28-07-2023, 08:01
    • 156

Daha bir neçə ailə Laçına yola salındı

Daha bir neçə ailə Laçına yola salınıb.

News24.az Report-a istinadən xəbər verir ki, bu gün daha 56 nəfərdən ibarət 16 ailə doğma yurduna geri dönür.

Köç Qaradağ rayonundakı “Qobu park 3” yaşayış kompleksindən yola düşüb.

Köçürülən ailələr Laçın şəhərində vaxtilə yaşadıqları, işğala son qoyulduqdan sonra dövlət başçısının göstərişi əsasında bərpa edilən və ya yenidən tikilən evlərdə məskunlaşacaqlar.

Bununla da Laçın şəhərində 168 ailə, yəni 647 nəfərin daimi məskunlaşması təmin edilib.