Qutarreş:
    • 28-07-2023, 11:18
    • 273

Qutarreş: "Qlobal istiləşmə qlobal qaynama dövrünə qədəm qoydu"

Birləşmiş Millətlər Təşkilatının (BMT) baş katibi Antonio Quterreş qlobal istiləşmə dövrünün başa çatdığını, əvəzində “qlobal qaynama əsrinin” başladığını bildirib. Quterreş dünyanı temperatur artımını məhdudlaşdırmaq və iqlim dəyişikliyinin zərərli nəticələrindən qaçmaq üçün təcili tədbirlər görməyə çağırıb.

News24.az
xəbər verir ki, iqlim dəyişikliyinin qorxulu reallıq olduğunu və bunun yalnız başlanğıc olduğunu bildirən BMT-nin baş katibi, qalıq yanacaq şirkətlərinin bərpa olunan enerji mənbələrinə keçməli olduğunu vurğulayıb.

BMT Baş katibinin işlətdiyi bu ifadə beynəlxalq terminologiyada “yaşıl yuyulma” kimi tanınır. Terminin mənası ətraf mühit baxımından yaşıl olduğunu iddia edən böyük şirkətlərin aldatma taktikalarını izah edir.

Qlobal istiləşmənin təsirlərinin azaldılmasında maliyyə qurumlarının da rol oynadığını bildirən Quterreş, qalıq yanacaqların kreditləşməsinə, sığortalanmasına və investisiyalarına son qoyaraq bərpa olunan enerjiyə müraciət etmələri lazım olduğunu bildirib.

"Selin apardığı uşaqlar, oddan qaçan ailələr. Yanan temperaturda məhv olan işçilər. Şimali Amerika, Asiya, Afrika və Avropanın çox hissəsi üçün şiddətli bir yaydır. Bütün dünya üçün fəlakət" 

Alimlər iyulun dünyanın ən isti ayı ola biləcəyini deyirlər.

Ayın başa çatmasına hələ bir neçə gün qalmasına baxmayaraq, bəzi ekspertlər cari temperaturlara görə iyulun son 120.000 ilin ən isti ayı ola biləcəyini düşünürlər.

Alimlər razılaşırlar ki, bu əlavə istiləşmə əsasən qalıq yanacaq istifadəsi ilə bağlıdır.

Aydan