“Ən zəif olanlar ən ağır bədəl ödəyəcək” – Quterreş
    • 25-07-2023, 11:53
    • 216

“Ən zəif olanlar ən ağır bədəl ödəyəcək” – Quterreş

Qara Dəniz taxıl təşəbüssünün sona çatması nəticəsində ən zəif olanlar ən ağır bədəli ödüyəcək. 

News24.az xəbər verir ki, bunu Birləşmiş Millətlər Təşkilatının baş katibi Antonio Quterreş deyib.

Birləşmiş Millətlər Təşkilatının (BMT) Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən ikinci dəfə keçirilən Qida Sistemləri Sammitinin açılışında çıxış edən Quterreş bildirib ki, dünyada 780 milyondan çox insan acdır. Və istehsal olunan qidanın təxminən üçdə biri ya itirilib, ya da israf edilib.
Baş katibin sözlərinə görə, bir çox icmanın qıtlığa düşməsinə bir addım qalıb. 

"Mindən çox gəmi ilə Ukrayna limanlarından 32 milyon ton ərzaq məhsulu ixrac edilirdi. Bunu təmin edən Rusiyanın Qara Dəniz Təşəbbüsünün sona çatması bu dəhşətli mənzərənin daha da qaranlıq olmasına səbəb oldu”,- o deyib.

O qeyd edib ki, Rusiyanın ərzaq və gübrə ixracının asanlaşdırılmasına dair anlaşma memorandumu qlobal ərzaq təhlükəsizliyi və qiymətlərin sabitliyi üçün həyati əhəmiyyət kəsb edir. Onun sözlərinə görə, ərzaq qiymətləri keçən ilin ən yüksək göstəricisindən 23 faiz aşağı düşüb. O deyib ki, ərzaq qiymətləri qalxanda hər kəs bunun əvəzini ödəyir.

Quterreş Rusiya və Ukraynanın qlobal ərzaq təhlükəsizliyi üçün çox vacib iki ölkə olduğunu vurğulayaraq deyib: “Mən Rusiyanı sonuncu təklifimə uyğun olaraq Qara Dəniz Təşəbbüsünün həyata keçirilməsinə qayıtmağa dəvət edirəm. Mən beynəlxalq ictimaiyyəti bu fundamental səydə effektiv həll yolları üçün birləşməyə çağırıram”.

Arzu